Dinamik Yapı, MMC
Salam, əziz oxucu. Biz, "Dinamik Yapı" təmir tikinti və dizayn firması olaraq, 2006-cı ildən fəaliyyət göstəririk. Fəaliyyətdə olduğumuz illər ərzində təmir və tikinti sahəsində bir çox yeniliklərə imza atmışıq, həmçinin dizayn studiyamız tərəfindən mənzillərin, ofislərin, bağ evlərinin və bir cox ictimai iaşə obyektlərinin yüksək zövq və incəliklə eskiz layihələrini, dizaynını, eksteryer və landşaft işlərini həyata keçiririk. Bildiyimiz kimi, memarlıq böyük bir sahəni əhatə edir ki, bu sahədə öz növbəsində bir neçə bölmələrə və üslublara ayrılır. Həmin bölmələr müasir memarlığın əsasını təşkil edir. Bu bölmələrə və üslublara misal olaraq modern, klassıka və bunlardan doğan art dekor haytek və digərlərini göstərmək olar. Bizim, "Dinamik Yapi" olaraq, əsas iş prinsipimiz bizə müraciət edən müştərilərimizin istək və arzularını dinləmək və bu istəklər üzərində işimizi qurmaqdan ibarətdir. Hər hansısa bir mənzilin təmirinə başlamamışdan qabaq həmin mənzilin eskiz layihəsi hazırlanır və bunun əsasında növbəti mərhələdə həmin mənzilə uyğun dizayn tərtib olunur. Yalnız bundan sonra mənzilin təmirinə başlanılır öz işini bilən peşəkar ustalarımız, mühəndislərimizlə birgə fikir mübadiləsi apardıqdan sonra mənzilimizin təmirinə başlanılır. Təmirə sərf etdiyimiz materialların seçimi də bizim üçün önəmlidir. İstər keyfiyyət baxımından, istərsə də zövq baxımından bu materiallar müasir standartlara cavab verməklə yanaşı, tərəfimizdən diqqətlə seçilir. Düşünürük ki, bu günə qədər bizə etbar edən hər bir insanın üzündə təbəssüm və sevınc hissləri yaratmağı bacarmışıq. Siz də bizə etibar edin - keyfiyyəti seçin və, sonda, sevinənlərdən olun. Hörmətlə, "Dinamik Yapı" kollektivi.